Qış və payız aylarında ən çox istifadə edilən bitki çaylarından biri də cökədir. Dadı və ecazkar qoxusu ilə hər kəsin həvəslə içdiyi cökə, xüsusilə qış aylarında orqanizmi xəstəliklərdən qoruyur. Qrip olanda ağlınıza gələn, içdiyiniz zaman bədəninizi rahatladan cökəni düzgün istehlak etməlisiniz.
Foodinfo.az xəbər verir ki, bu bitkinin möcüzəvi təsirindən faydalanmaq üçün onu düzgün texnika ilə dəmləmək lazımdır. Cökənin uzun müddət qaynadılması içindəki bütün qida dəyərinin buxarlanmasına səbəb olur. Qaynadıqca acılaşan cökə yarpaqları da ləzzətini itirir. Mütəxəssislər bildirirlər ki, cökə düzgün dəmləndikdə onun faydası 15 dəfə artır.
Bəs cökəni necə dəmləmək daha faydalıdır?
Cökə çayınız qırmızıya çevrilirsə, demək olar ki, bütün qida dəyərini itirmişdir. Qış aylarının vazgeçilmezi olan cökə tərkibindəki güclü antioksidantlardan biri olan flavonoidlər sayəsində daha çox qış aylarında müşahidə olunan qrip infeksiyaları, soyuqdəymə və qripin müalicəsində çox təsirlidir. Buxarı burun tıxanığlığını aradan qaldıran isti cökə çayı boğaz ağrısı və öskürəyə qarşı inanılmaz təsirə malikdir.
Soyuqdəymə üçün bir nömrəli dərman kimi çıxış edən cökə əsəbləri sakitləşdirməkdə və yuxunu asanlaşdırmaqda da çox təsirlidir.
Sidikqovucu olaraq tez-tez tövsiyə edilən cökə bu təsirləri göstərmək üçün düzgün texnika ilə dəmlənməlidir.
Çökə C vitamini mənbəyi olan limonla birlikdə istehlak edildikdə zireh kimi immunitet sistemini gücləndirir. Ona bir az darçın əlavə etsəniz, bəlğəmi aradan qaldırmış olarsınız.
Ona adaçayı əlavə etsəniz, boğazınıza xeyirli ola bilər, itburnu əlavə etsəniz C vitamini arta bilər.
Zərdəçal atsanız, ağciyərlərə faydalı ola bilər, çünki qrip xəstəlikləri ən çox ağciyərləri narahat edir.
Cökə çayınız dəmləndikdən sonra içinə 1 çay qaşığı bal əlavə edin. Soyuq qış günlərində qrip, və soyuqdəyməyə yoluxsanız, cökə balı sizi qısa zamanda müalicə edəcək. Quru öskürək və bəlğəmli öskürəklərə üstünlük verdiyiniz ballı cökə öskürəyinizi dayandıracaq və boğazınızı tez yumşaldacaq. Qış aylarında narahatlığı və stressi aradan qaldıracaq və bədəninizin xəstəliklərə qarşı müqavimətini gücləndirəcək.
Faydalarını və təsirini artırmaq üçün cökəni bir çox müxtəlif otlarla dəmləyə bilərsiniz. Ancaq cökəyə ən çox yaraşan və faydalarını dəfələrlə ortaya qoyan bir nömrəli bitki, şübhəsiz ki, itburnudur. Cökə çayının tərkibində olan faydalı minerallar itburnu ilə birlikdə diaforetik xüsusiyyətləri ilə tənəffüs problemlərini sağaltmağa kömək edir. İtburnu isə yüksək C vitamini və antioksidant dəyərləri ilə mikroblarla mübarizə aparır. İmmunitet sistemini dəstəkləyən qarışım cökə-itburnudan gündə 1-2 stəkan istehlak edilə bilər.
Qaynama üsulu qətiliklə tövsiyə edilmir. Çünki bu üsul cökənin tərkibindəki polifenolun azalmasına səbəb olur və bütün sağlamlıq qoruyucu təsirləri itir. Bu səbəblə cökə çiçəklərinin antioksidant tutumu üçün ən optimal temperatur olan 80-90 dərəcə isti suda 5-10 dəqiqə dəmlənərək istehlak edilməsi məsləhət görülür. Zövqünüzə uyğun darçın çubuqları, mixək, limon, bal kimi qidaları əlavə edərək dəmlədiyiniz cökənin dadını artıra bilərsiniz. Bir çay qaşığı qurudulmuş cökə çiçəyi və yarpaq qarışığının üzərinə 1 stəkan qaynar su töküb 10 dəqiqə dəmlədikdən sonra için. Bundan əlavə, cökə çiçəyinin soyuq dəmləməsi isti yay günlərində təravətləndirici təsiri ilə susuzluğu yatıra bilər.