Dərini nəmləndirmək, kollagen sintezinə kömək etmək, qan dövranını yaxşılaşdırmaq və qırışları hamarlamaq üçün yalnız krem və serumlara ehtiyac yoxdur. Bəzi qida məhsulları da bu problemləri həll edə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə kosmetoloq, dermatoloq və mikoloq Nana Nosareva danışıb.
O, dəriyə faydalı olan qidaları açıqlayıb.
Təzə pomidor və qırmızı bolqar bibərinin tərkibində təbii antioksidantlar olan likopin və C vitamini var.
Yerkökü beta-karotin və A vitamini ilə zəngindir.
Qarpız təkcə susuzluğu yatırmır, həm də epidermisi nəmləndirir, tərkibindəki A və C vitaminləri isə üzün parlaq olmasına kömək edir.
Nar hüceyrələrin bərpasına cavabdeh olan ellagik turşu mənbəyidir. Tərkibində, həmçinin, əsas dəri zülalları - kollagen və elastinin sintezi üçün zəruri olan təxminən 12 amin turşusu var.
Qoz-fındıq omeqa-3 yağ turşuları və E vitamini ilə zəngindir.
Zeytun yağı əsl gənclik iksiridir, tərkibində çoxlu miqdarda faydalı yağ turşuları və E vitamini var.
Yağlı balıq A və D vitaminləri ilə zəngindir, bir çox faydalı mikroelementlər isə qan dövranını və dəriyə oksigen çatdırılmasını yaxşılaşdırır.
Avokado qırışları açmağa, dərinin turqorunu və elastikliyini yaxşılaşdırmağa kömək edir.
Kətan toxumunda təbii parıltı üçün zəruri olan alfa-linolenik turşusu çoxdur.
Noxud bitki zülalının əla mənbəyidir.
Həkim, həmçinin, çia toxumu, sarıkök, badam südü, qarabaşaq çayı kimi məhsulları da unutmamağı məsləhət görür.