Dietoloq və endokrinoloq Viktoriya Eliseeva moruqun faydaları barədə danışıb.
Foodinfo.az bildiri ki, həkim qeyd edib ki, bu giləmeyvə A, B, C vitaminləri, həmçinin silisium, molibden, maqnezium, flavonoidlər və digər faydalı maddələrlə zəngindir. Mütəxəssis əlavə edib ki, moruqdan istifadə immunitet sistemini, ürək və qan damarlarını gücləndirir, dərini kollagenlə doyurur. Bundan əlavə, giləmeyvə aşağı kalorili məzmuna və aşağı glisemik indeksə malikdir.
Moruğun kalorili göstəriciləri 100 qr üçün cəmi 46 kkal, karbohidratların miqdarı 3 qramdan çox deyil və müxtəlifliyə görə glisemik indeksi 25-40-dır. Buna görə də, o, hətta diabetli insanlar üçün də bu giləmeyvə faydalıdır.
Nurlan