İnsan orqanizmində duz çatışmazlığı ürək problemlərinə və susuzluğa səbəb ola bilər. Bununla belə, onun həddindən artıq istifadəsi də problemlər yarada bilər. 

Foodinfo.az xəbər verir ki, həkim-toksikoloq Mixail Kuşutov duzu əvəz edə bilən məhsullar haqqında danışıb.

Onun sözlərinə görə, böyüklər üçün gündə çay qaşığının üçdə ikisindən çox duz istehlak etmək tövsiyə olunmur. Lakin duz bir çox məhsulların tərkibində var, buna görə də diqqətli olmaq lazımdır.

Hipertoniya, ürək və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar, həmçinin hamilə qadınlar xüsusilə diqqətli olmalıdırlar.

Bədəndə duzun çoxluğu damarlar, ürək və qan təzyiqi üçün zərərlidir. Həddən artıq duz sümüklər üçün də təhlükəlidir, ödəm, qastrit, xora əmələ gəlməsinə və böyrək xəstəliyi olan insanlarda digər fəsadlara səbəb ola bilər.

Asılılıqların müalicəsində ixtisaslaşmış həkimi Artyom Merinov deyir ki, duzu qurudulmuş laminariya və ya digər yosunlarla əvəz etmək olar. Kuşutov isə duz əvəzinə reyhan, oreqano, rozmarin, kəklikotu, cəfəri, tərxun və keşnişdən istifadə etməyi məsləhət görür. Əgər duzdan tamamilə imtina edə bilmirsinizsə, mütəxəssis dəniz və ya Himalay duzundan istifadə etməyi məsləhət görür. Onların tərkibində natriumun süfrə duzundakından daha azdır.

Leyla