Bir çoxlarının sevərək yediyi enerji batonları əslində zərərli maddələrdən ibarətdir və tərkibində həddən çox karbohidratlar var. Enerji batonlardan tez-tez istifadə insulin dirəncinə və karbohidrat mübadiləsinin digər pozuntularına səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Kristina Vinoqradova xəbərdarlıq edib.
Çox vaxt enerji batonlarının tərkibində yüksək miqdarda şəkər olur. Etiketdə şəkər qlükoza siropu, fruktoza və ya dadlandırıcı kimi "maskalanmış" ola bilər. Dadlandırıcı da aspartam və ya maltodekstrin kimi keyfiyyətsiz ola bilər.
Mütəxəssis qeyd edib ki, protein batonları ucuz proteinlərdən - yüksək insulin indeksinə malik olan və insulin dirəncinə səbəb ola bilən süd və zərdab zülallarından ibarətdir.
Bundan əlavə, tez-tez batonların tərkibində zərərli əlavələri görmək olar: aromatizatorlar, turşuluq tənzimləyiciləri, emulqatorlar, konservantlar və boyalar. Buna görə də, bu cür məhsulları alsanız belə, çalışın tərkibində minimum miqdarda maddələr olsun.
Mütəxəssis vurğulayır ki, hətta ən keyfiyyətli tərkibə malik olan baton yalnız çox nadir qəlyanaltı kimi istifadə oluna bilər.
Həkimin fikrincə, insan orqanizminə yalnız bütöv qidalar real fayda verir - yumurta, balıq, quş əti, taxıl, meyvə, giləmeyvə və s.
Natəvan