Ət və balıqları parazitlərdən təmizləmək üçün onları ən azı 20 dəqiqə qaynar suda emal etmək lazımdır. Eyni zamanda, trixinella kimi müəyyən növ helmintlər var ki, onları yalnız iki saat bişirməklə məhv etmək mümkündür. Ona görə də, qızıl standarta riayət etməklə bişirmə vaxtına daha beş dəqiqə əlavə etmək vacibdir.
Foodinfo.az xəbər verir ki, bu barədə NEWS.ru-ya Taxılın Keyfiyyətini Qiymətləndirmə Mərkəzinin mütəxəssisi, baytar həkim Marina Çeçenova bildirib.
O vurğulayıb ki, istilik emalının ən təsirli növlərindən biri qaynatma üsuludur. Bu, ətin və balığın faydalı xüsusiyyətlərini qoruyub saxlamağa imkan verir.
Belə ki, təzə mal əti, suyun qaynadığı andan 1-1,5 saat, dana əti ən azı bir saat bişirilməlidir. Quzu üçün 1,5-2 saat, toyuq üçün isə 40-50 dəqiqə kifayət edər.
Balığa gəlincə isə, onu 35 dəqiqə bişirmək lazımdır.
Çeçenova, həmçinin, hər hansı bir ət parçası ilə təmasdan sonra əllərinizi sabunla yaxşıca yumağı tövsiyə edir. Bundan əlavə, məhsulu etibarlı mağazalardan almaq məsləhətdir.