İstənilən dənli bitkilərdən olan sıyıqlar, onları zərərli məhsullarla "dadlandırmasanız", sağlamlıq üçün faydalıdır.
Foodinfo.az xəbəre verir ki, kardioloq, tibb elmləri namizədi Qrant Şehyan sıyıqları hazırlayarkən edilən əsas səhvlərdən danışıb.
Yulaf, qarabaşaq və darını xüsusilə qeyd edən həkimin sözlərinə görə, bütün dənli bitkilər faydalıdırlar, çünki bitkilərin kökləri torpaqdan mineralları və mikroelementləri götürürlər. Onlar orqanizmin ümumi optimal vəziyyətini qoruyub saxlamaqda yardim edirlər.
Lakin sığığa yağ əlavə etdikdə, onun faydası azalır, xüsusilə ürək problemləri olanlar üçün.
Duzdan da daha az istifadə etmək, hətta ümumiyyətlə imtina etmək daha yaxşıdır, çünki duz orqanizmdə mayeni saxlayır, bu isə hipertoniyaya səbəb ola bilər.
Bundan əlavə, kardioloq sıyığı yan yemək kimi deyil, əsas yemək kimi yeməyi, lakin içinə yağlı ət əlavə etməməyi tövsiyə edir.
O, daha az qızardılmış və yağlı, daha çox buxarda hazırlanana yeməklər yeməyi məsləhət görür.
Şehyan, həmçinin, dənli bitkiləri bişirmək əvəzinə, bir gecə qaynar suda saxlamağın daha faydalı olduğunu bildirir, çünki istilik bəzi faydalı maddələrin və zülalların məhvinə gətirib çıxarır. Məsələn, belə hazırlanan qarabaşağın üzərinə qatıq əlavə edə bilərsiniz.
Nərmin