İnsan gözləri üçün faydalı olan maddələr açıqlanıb. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Kök – orqanizmin A vitamini istehsal etmək üçün istifadə etdiyi beta-karoten tərkibində vardır. A vitamini göz sağlamlığı üçün önəmlidir. A vitamini çatışmazlığı isə göz quruluğu, gecə korluğuna səbəb ola bilər. 


İspanaq və brokkoli kimi yaşıl bitkilərin tərkibində lutein  və zeaksantin vardır. Bu antioksidantlar filtr vəzifəsi daşıyır və tor qişanı qoruyur. 


Qırmızı bibər, portağal, çiyələk və kivi kimi bitkilərin tərkibində katarakta inkişafına mane olan C vitamini vardır.

Fərid