Sağlam qidalanma sümük sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Yaşlılıqda osteoporoz kimi problemlərdən qaçmaq üçün yediklərinizə diqqət etməlisiniz. 

Sağlam sümüklər həyat keyfiyyətimizi təyin edən mühüm amildir. Sümük sağlamlığınızı qorumaq və gücləndirmək üçün diqqət etməli olduğunuz bəzi mühüm qida maddələri və mütəxəssis rəyləri var.

Sümük sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün istehlak edə biləcəyiniz bəzi qeyri-adi qidalar var. Bu qidalar kalsium, fosfor, D vitamini, C vitamini, K vitamini və B12 vitamini kimi sümük sağlamlığı üçün vacib olan komponentləri ehtiva edir.

Mütəxəssislər vurğulayırlar ki, sümük sağlamlığı təkcə kalsiumla məhdudlaşmır. Onlar həmçinin qeyd edirlər ki, sümük sağlamlığını qorumaq üçün D vitamini, K vitamini, C vitamini və B12 vitamini kimi bir sıra vitamin və minerallar lazımdır. Orqanizm 30 yaşa qədər kalsium saxlayır, ona görə də bu yaşa qədər adekvat qəbul edilməsi vacibdir. Lakin onlar bildirirlər ki, biz yaşlandıqca orqanizm kalsium saxlamağı dayandırır və buna görə də bu qidaları həyat boyu müntəzəm qəbul etməliyik.

 Foodinfo.az sümük sağlamlığı üçün faydalı qidaları təqdim edir:

SÜD SÜD MƏHSULLARI 

Süd məhsullarında, xüsusilə süd, qatıq və pendirdə yüksək miqdarda kalsium var. Sümük sağlamlığını qorumaq üçün gündəlik kalsium qəbuluna diqqət yetirmək vacibdir.

TÜND YAŞIL TƏRƏVƏZLƏR 

İspanaq və brokoli kimi tünd yaşıl tərəvəzlər kalsium və K vitamini ilə zəngindir. Sümük sıxlığını artırmağa kömək edirlər.

BALIQ

Somon kimi yağlı balıqlar həm kalsium, həm də D vitamini mənbəyidir. D vitamini sümük sağlamlığı üçün vacibdir.

MEYVƏ-TƏRƏVƏZ 

Sitrus meyvələri, kivi, çiyələk, yaşıl bibər, pomidor və gül kələm kimi meyvə və tərəvəzlər C vitamini ilə zəngindir və kalsiumun udulmasını asanlaşdırır.

ZEYTUN YAĞI 

K vitamini ilə zəngin olan zeytun yağı sümük inkişafını dəstəkləyir.

QIRMIZI ƏT YUMURTA 

B12 vitamini sümük sağlamlığı üçün lazımdır. Bu vitamin qırmızı ət və yumurtada olur.

TƏRKİBİNDƏ KALİUM OLAN QİDALAR 

Kartof, banan və dəniz məhsulları kimi kaliumla zəngin qidalar sümük sıxlığını qorumağa kömək edir.