Düzgün qidalanma sağlamlıq üçün əhəmiyyətli dərəcədə vacibdir, xüsusilə də immun sisteminin ehtiyatlarının infeksiya ilə mübarizə üçün lazım olan bir vaxtda. Qida rasionuna bizi infeksiyadan qoruya bilən qida məhsullarını daxil etmək tövsiyə olunur.
Foodinfo.az “Qafqazinfo”-ya istinadən onlardan bəzilərini təqdim edir:
Zəncəfil
Xalq təbabətində məhz immunitetin möhkəmləndirilməsi üçün vasitə kimi çoxdan istifadə edilir. Zəncəfil virus təhlükəsindən qorumağa qadirdir, o, boğazda ağrıları və şişkinliyi azaldır, infeksiyalardan azad edir. Zəncəfilin tərkibində immunitetin möhkəmləndirilməsi üçün qinqerol adlı çox faydalı komponent var.
Sarıkök
Virusların profilaktikası üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Sarıkök, çox əsrlərdir ki, istifadə olunur və effektivliyini itirməyib. Bu qida məhsulu virus infeksiyalarının qarşısını alır, o, həm yeməklərin tərkib hissəsi, həm də ədviyyat kimi ən müxtəlif növlərdə istifadə oluna bilər.
Kivi
Tərkibində fol turşusu, kalium, K, C vitaminləri və digər faydalı maddələr olan super qida məhsuludur. Onlar infeksiyalarla mübarizə üçün qan hüceyrələrinin sayını artırır. Minerallar orqanizmin tez sağalmasında mühüm rol oynayır.
Sarımsaq
Əksər ailələrdə qidanın hazırlanması üçün istifadə edilir. O nəinki qidanın dadını artırır, həm də immuniteti qaldıraraq, sağlamlığı gücləndirir. Sarımsaq infeksiyaların qarşısını alan və iltihabları azaldan kükürd birləşmələri ilə zəngindir.
Quru xurma
Lif, kalsium, vitaminlər, dəmir və maqnezium sayəsində çox qidalandırıcı və faydalı qida məhsulu hesab oluna bilər. Gündəlik səhər yeməyi üçün koronavirusun “omikron” ştamı da daxil olmaqla, viruslar təhlükəsindən müdafiəni təmin edən yaxşı seçimdir. Xurma immuniteti möhkəmləndirir və xolesterinin səviyyəsini aşağı salır.