Lif mənbəyi olan armud qanda hemoqlobini artırır.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin ümumi biologiya və bioekologiya kafedrasının dosenti, kənd təsərrüfatı elmləri namizədi Tatyana Alekseyeva danışıb.
Mütəxəssis bildirib ki, armud aşağı kalorili meyvədir: 100 qramında cəmi 47 kkal var.
Tərkibində C, K, B2, B6, B9 vitaminləri də mövcuddur. Armud, həmçinin, bağırsaqların fəaliyyətini normallaşdıran qiymətli lif mənbəyidir, qanda hemoqlobin səviyyəsini saxlamaq üçün zəruri olan dəmirlə zəngindir.
Lakin mütəxəssis meyvəni çox miqdarda yeməyi tövsiyə etmir, çünki bu, qəbizliyə səbəb ola bilər, bəzi insanlarda isə allergiya yarada bilər.
"Armud seçərkən onun ətirinə fikir vermək lazımdır: xoş qoxusu olmalıdır. Meyvədə ləkələr, mexaniki zədələr, əziklər, cızıqlar olmamalıdır. Səthi parlamamalı, yağlı örtük olmamalıdır (saxlanma müddətini uzatmaq üçün adətən kimyəvi maddələrlə emal olunan meyvələr adətən parlaq və yağlı olur)”, - deyə ekspert qeyd edib.
Alekseyeva vurğulayıb ki, armud çox vaxt yetişməmiş və sərt şəkildə satışa çıxarılır. Belə meyvələr yetişənədək bir az qalmalıdır. Aşağı temperaturda armud daha uzun müddət cürümür, ona görə də soyuducuda və ya eyvanda saxlanmalıdır.