Hər yaşda rahat şəkildə yeyilə bilən qatığın faydalarından az-çox məlumatınız var. Bu faydalı süd məhsulunun daha bir xeyirli tərəfi ortaya çıxıb.
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, kalsium, B vitaminləri, potasiyum və maqneziyumla zəngin olan qatıqdan hər gün 2 su stəkanı qədər yemək, döş xərçəngi riksini azaldır.
Aparılan bir araşdırma nəticəsində məlum olub ki, gündəlik 400 qram və ondan çox qatıq yemək döş xərçəngi riskini 10%-ə yaxın azaldır. Hətta bu azalma göstəricisi Asiya ölkələrində 27%-dir.
Digər bir araşdırmada isə 1 milyon 63 min 471 min şəxdən əldə edilən məlumatlar dəyərləndirilib. Nəticədə hər gün qatıq yeyən şəxslərin yeməyən şəxslərə nisbətən daha az risk altında olduğu məlum olub.
Süd vəzi xərçəngindən əlavə adi qatıq bir çox digər xəstəliklərin də riskini azaldır. Bu xəstəliklər arasında: bağırsaq xərçəngi, ürək xəstəlikləri, hipertoniya, şəkərli diabet, sümük və oynaq xəstəlikləri və s.