Qış aylarının yaxınlaşması ilə epidemiya və soyuqdəyməyə yoluxanların sayı artmağa başlayıb. Buna görə bir çox insan immuniteti gücləndirmək üçün müxtəlif yollara əl atır.
Foodinfo.az xəbər verir ki, balanslı və nizamlı qidalanma tövsiyələri ilə yadda qalan Canan Karatay bu dəfə enerji gücləndiricisi olacaq başqa bir qarışıqdan danışıb. Karatayın təklif etdiyi sadə qarışıq günə enerjili başlamaq üçün çox təsirlidir. Sözü gedən enerji mənbəyi zeytun yağı və limon qarışığıdır.
1 qaşıq zeytun yağının üzərinə limon sıxıb hər səhər istehlak etmək qaraciyər problemini zamanla yox edir. Bu qarışım sayəsində yığılmış toksinlər xaric olur və formada qalmaq olduqca asanlaşır.
Zeytun yağı və limonun birləşməsi qaraciyəri rahatladır və gözlərdə əmələ gələn torbaları aradan qaldırmağa kömək edir.
Böyrək daşı və ya öd kisəsi kimi problemlərdən əziyyət çəkənlər bu qarışığı mütləq istehlak etməlidir. Zeytun yağı və limonun qarışığı böyrək daşı problemini daha asan aradan qaldırmağa kömək edir.
Bu ikili həm də beyin funksiyalarına təsirli dərman kimi çıxış edir. Onu müntəzəm olaraq istehlak etməyə başladığınızda alzheimer xəstəliyindən və digər psixi pozğunluqlardan qorunmağa kömək edir. Daha güclü yaddaş üçün limon və zeytun yağı istifadə edə bilərsiniz.
Müalicə mənbəyi olan limon və zeytun yağı birləşdirildikdə faydalarını ikiqat artırır.
Sağlamlığa müsbət təsir edən zeytun yağının tərkibindəki yağ turşuları qandakı lipid səviyyəsini tarazlaşdırır. Zeytun yağı limonla birlikdə xolesterol səviyyəsini tarazlamağa da kömək edir. Pis xolesterini aşağı salaraq ürək-damar sağlamlığının qorunmasında çox təsirlidir.
Bu qarışımın dəriyə tətbiq etdikdə təsirli faydalarını görmək mümkündür. Zeytun yağında bol olan E vitamini və limonda olan C vitamini birləşdikdə dəri üçün əla nəmləndirici vasitə olur. Dəriyə tətbiq olunduqda nəmliyi artırır və qırışları azaldır.
Bu təsirli qarışıq həm də arıqlamaq prosesində olan insanlar üçün təsirli dərman kimi özünü göstərir. Yüksək insulin müqavimətini tarazlayan zeytun yağı və limonun birləşməsi qidalanma pozuntularını aradan qaldırır. Bu şəkildə arıqlamağa imkan verir. Zeytun yağı və limonun bu təsirlərindən faydalanmaq üçün hər səhər acqarına 1 qaşıq qəbul etməyi unutmayın.