
Diyetoloq Yelena Strelnikova iki həftə ərzində arıqlamaq üçün hansı addımların atılacağını söyləyib. Foodinfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, ilk növbədə qidalanmaya yanaşmaya yenidən baxmaq vacibdir.
Həkim fast food, emal olunmuş qidalar və şirniyyatlardan imtina etməyi tövsiyə edib. Ət və balıq yeməklərinə, süd məhsullarına, tərəvəz və meyvələrə, göyərtilərə, taxıllara və yumurtalara üstünlük vermək yaxşıdır.
“Təmiz qidalar” seçmək vacibdir. Yekaterina bildirib ki, evdə hazırlanan yeməklər nə kalori, nə də qida keyfiyyətinə görə fast food ilə eyni deyil.