Soyuq mövsümdə gündəlik iş rejiminə və pəhrizə xüsusi diqqət yetirmək lazımdır.
Foodinfo.az bildirir ki, böyüklər gündə ən azı 6-8 saat yatmalıdır. Ancaq qidalanmaya gəlincə, burada daha yaxından nəzər salaq.
İmmunitet üçün ən yaxşı qidalar:
Sarımsaq. Tərkibindəki allisin bakteriyalarla mübarizə aparır və leykositlərin istehsalına müsbət təsir göstərir. Sarımsaq həm də əsrlər boyu ənənəvi tibbdə sübut edilmiş antiseptikdir.
Zəncəfil. Tərkibində gingerol var. Bu, mikrobları öldürən, bəzi zərərli bakteriyaların böyüməsini dayandıran və viruslarla mübarizə aparan bir maddədir.
Sitrus meyvələri. Bu meyvələrdə xəstəliklərlə mübarizə aparan və immunitet sistemini gücləndirən bir çox vitamin və faydalı elementlər var.
Qoz-fındıq. Fındıq haqlı olaraq immunitet sistemi üçün köməkçi hesab edilə bilər, çünki onlar böyük qida dəyərinə malikdirlər, vitaminlər, mikroelementlər və qiymətli yağ turşuları ehtiva edirlər.
Kələm. Onun bütün növləri onkoprotektiv və antibakterial təsir göstərən sulforafanı ehtiva edir.
Düzgün qidalanma immunitet sistemini dəstəkləməyin bir çox aspektlərindən yalnız biridir. Daimi fiziki fəaliyyət, sağlam yuxu və stressin olmaması da immunitetin qorunmasında mühüm rol oynayır.
Leyla