Bir çoxları gün ərzində nə qədər yemək yedikləri barədə düşünmürlər, halbuki ofis işçiləri arasında tez-tez atışdırmalar etmək adi haldır. Bunda yaxşı bir şey yoxdur: həddindən artıq yemək sağlamlıq problemlərinə və piylənməyə səbəb ola bilər. Bəs bu problemi necə həll etmək olar?
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri namizədi İnna Kononenko danışıb.
O, ofisdə daha az yemək üçün səhərlər tutumlu yeməklərə üstünlük verməyi məsləhət görüb. Mütəxəssisin sözlərinə görə, günün ilk yeməyi zülal, yağ və mürəkkəb karbohidratlardan ibarət olmalıdır. Bu, yumurta ilə qarabaşaq sıyığı, qiymə ətli omlet və tərəvəz salatı ola bilər.
Bundan əlavə, miqdarı daha rahat bilmək üçün yeməyi qablaşdırmadan boşqaba çəkmək vacibdir.
Diqqətimizi hansısa işə yönəldərək yemək yediyimiz zaman nə yediyimizin fərqində belə olmuruq, dad və həzz hiss etmirik, bəzən isə yeməyi güclə yeyirik. Nəticədə çoxlu kalori və sürətli karbohidratlar yığırıq, lakin özümüzü tox hiss etmirik, çünki fikrimiz çox yayğın olur.
Diyetoloqun fikrincə, qida gündəliyi problemi anlamağa kömək edə bilər. Bura yeyilən hər bir şeyi qeyd etmək lazım olacaq. c
Kononenko, həmçinin, kompüter arxasında yemək yeməməyi tövsiyə edib. Bunu mətbəxdə və ya yemək otağında etmək daha yaxşıdır.
Diyetoloq əlavə edib ki, peçenye, konfet, popkorn və çips kimi qidalar vəziyyəti daha da ağırlaşdırır: onları yemək rahat və asandır, lakin nəticəsi heç də xoşagələn olmur.
Bunun əvəzinə, özümüzlə xiyar, yerkökü, turş giləmeyvə və qoz-fındıq götürməyimiz məsləhətdir.
Premium kofelər içmək daha yaxşıdır, çünki o zaman daddan tam həzz almaq və şirniyyata meyl etməmək mümkündür.
Çox yavaş yemək tövsiyə olunur, əlavə yeməyi isə yalnız qısa bir fasilədən sonra çəkmək olar.
Bunlardan başqa, bol su içmək vacibdir, bəzən tez-tez yemək istəyi susuzluqla əlaqələndirilir.
Natəvan