Potensiya - kişi seksuallığına aid işlədilən termindir və kişinin cinsi gücünü ifadə edir. Qida əlavələri kişi potensiyasına təsir göstərə bilər, lakin onların zərərsizliyi şübhə altındadır. Düzgün tənzimlənmiş qidalanma isə kişilərin sağlamlığını yaxşılaşdıra bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə RuNews24.ru portalına aparıcı tibbi ekspert Violetta Burdakova məlumat verib.

Onun sözlərinə görə, kişi cinsi funksiyasının qorunmasında cinsi hormonlar mühüm rol oynayır, onların ən əsası isə testosterondur. Onun səviyyəsini kifayət qədər həddə saxlamaq üçün zəngin və balanslaşdırılmış rasiona ehtiyac var.

Həkim bildirib ki, kişilər mütləq ət, balıq, süd və dəniz məhsulları istehlak etməlidirlər - onların tərkibində çoxlu zülal var. Bitki qidalarını da rasiona daxil etmək lazımdır: paxlalılar, taxıllar, bitki yağı, qoz-fındıq, tərəvəz və meyvələr. 

Hazır yeməklərə qara zirə, darçın, zəncəfil və hil əlavə etmək tövsiyə olunur.

Həkim xatırladıb ki, potensiya ilə bağlı problemlər varsa, uroloq, endokrinoloq və nevroloqa müraciət etmək lazımdır. Problemin səbəblərinin erkən diaqnozu müalicəyə kömək edəcək.

Leyla