Badımcan orqanizmdə xolesterinin səviyyəsini azaltmağa kömək edən tərəvəzdir. Tərkibində qanda xolesterin səviyyəsinin artmasının qarşısını alan, həll olunan lif və antioksidantlar var.

 Foodinfo.az bildirir ki, badımcanda çox olan pektin kimi liflər xolesterinə təsir göstərərək, onun bədəndən xaric olmasına kömək edir. 

Bu liflər, həmçinin, bağırsaq funksiyasını yaxşılaşdırmağa, ümumi və pis xolesterini (Low Density Lipoprotein - LDL) azaltmağa kömək edir.

Bundan əlavə, badımcan antosianlar kimi antioksidantlarla zəngindir. Onlar xolesterinin oksidləşməsini azaldır, bu da damarlarda lövhə əmələ gəlməsinin qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.

Beləliklə, ürək sağlamlığını qorumaq, xolesterini azaltmaq üçün badımcanı fərqli şəkildə bişirərək, müxtəlif yeməklərə, salatlara qataraq menyunuza əlavə edin.