İdmanla məşğul olarkən düzgün içmə rejiminə riayət etmək, eləcə də düzgün qidalanmaq lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barərə Ben Vayder adına Fitness və Bodibildinq Kollecinin rektoru Yelena Ryabinkova danışıb.

Onun sözlərinə görə, məşq zamanı hər 15-20 dəqiqədən bir kiçik qurtumlarla su içmək lazımdır, lakin saatda içilən suyun miqdarı bədən çəkisinin 1% -dən çox olmamalıdır. Ən yaxşı seçim qazsız sudur, enerji içkilərindən isə imtina etməlisiniz, çünki belə içkilər qanda şəkər və insulin səviyyəsini artırır.

"Peşəkar idmançı deyilsinizsə və marafon qaçışında iştirak etmirsinizsə, məşq zamanı enerji içkilərindən imtina etmək daha yaxşıdır. Onlar qanda şəkər və insulin səviyyəsini artırır. Enerji içkilərini qəbul etdikdən bir müddət sonra məşq etməkdən daha çox yatmaq istəyəcəksiniz”, - deyə Ryabinkova izah edib.

Məşqdən əvvəl və məşq zamanı qəhvə, çay və ya tərkibində kofein olan digər içkilər içmək olmaz. Onlara yalnız məşqdən sonra, ürək döyüntüsü normallaşdıqda icazə verilə bilər.

Mütəxəssisin fikrincə, qidalanma məsələsinə də diqqətlə yanaşmaq lazımdır. Məsələn, bir parça qızardılmış ət, steyk və ya lobya şorbası yedikdən yalnız dörd saatdan sonra məşqə başlaya bilərsiniz. Lakin əgər kartof püresi ilə suda bişmiş balıq, omlet və ya az yağlı şorba yemisinizsə, o zaman bir saat sonra məşqə başlaya bilərsiniz. İdman kokteylindən və ya smuzidənsonra isə  30-40 dəqiqə keçdikdə artıq məşq edə bilərsiniz.

Diyetik qida nəzərdə tutulmursa, məşqsdən azı 45 dəqiqə sonra yemək yeyə bilərsiniz. Tərəvəz, giləmeyvə və meyvələrdən alınan şirəni isə içmək problem yaratmır, lakin gündə cəmi bir stəkan. 

Lakin diyetoloq qeyd edib ki, məşq zamanı içilən şirəni su ilə qarışdırmaq yaxşıdır. Ən yaxşı seçim isə su ilə qarışdırılmış sitrus şirəsi ya alma freşidir.