Nar orqanizm üçün güclü antioksidantdır, yüz dərdin dərmanıdır. Lakin onu yemək bir o qədər çətindir. Çoxları qabığını soyub dənələmək istəmir, çoxları nar dənələrinin içindəki tumları yemir, yeyə bilmir, çıxarır. Həqiqətən də bərk tumlar yemək üçün rahat deyil.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, zibilə atılan nar tumları əslində sirli möcüzədir. Həzm olunmadan xaric olan tumlar bütün mədə-bağırsaq yollarını keçərək, toksin, şlak, zərərli maddə və qalıqları özünə hopduraraq bədəndən çıxarır.
Əgər narı tumları ilə yesəniz, təzyiq düşür, qan yaxşılaşır, baş ağrılarından xilas ola bilərsiz.
Bu tumlar E vitamini, doymamış turşular, yağlarla zəngindir. Onlar orqanizmdə hormonal balansı tənzimləyir.
Narı tumları ilə yemək qanı, hemoqlobini artırır, anemiya ilə mübarizə aparır.
Tumlar menstrusiya pozulması, klimaksda olan qadınlar üçün də vacibdir.
Kişilərdə cinsi istəyi artırmaq üçün nar tumlarını qurudub, üyüdüb, şəkər tozu ilə qatıb, yeyə bilər.
Tumları udmayın, mütləq yaxşıca çeynəyin, əsk təqdirdə appendisit, mədəlatı vəz, nazik bağırsaq, eləcə də bağırsaqda problem yarada bilər.
Hamilələrə tumları yemək məsləhət görülmür, çünki təzyiqi aşağı salır.
Əgər tumları yemirsizsə, heç olmasa zibilə atmayın, onları hardasa əkin. Tumlardan 2-3 həftəyə körpə ağac çıxa bilər.