Okroşka yay şorbası üçün əla seçimdir, çünki onun tərkibi müxtəlifdir və orqanizm üçün zəruri olan bir çox maddələr - lif, zülal, vitamin, mineral və mürəkkəb karbohidratlar var. Bununla belə, ona tez-tez zərərli məhsullar əlavə olunur.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova "Sputnik" radiosuna danışıb.

Onun sözlərinə görə, okroşkaya kolbasa məhsulları əlavə etsəniz, bu, yeməkdəki doymuş yağın miqdarını artıracaq. Pəhrizdə doymuş yağın çox olması ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorudur.

Mütəxəssis əlavə edib ki, emal olunmuş ətlərin, o cümlədən kolbasaların tez-tez istehlakı bağırsaq xərçəngi riskini artırır. 

Okroşkanı daha faydalı etmək üçün Kruqlova kolbasa əvəzinə qaynadılmış mal əti və ya quş ətindən istifadə etməyi məsləhət görür. Okroşkanı kvasla deyil, turş südlü içkilərlə hazırlamaq, mayonezi isə ağ yoqurt və ya az yağlı xama ilə əvəz etmək daha faydalıdır.

Nurlan