Hibiskus çiçəyi bütün dünyada, xüsusilə də Şimali Amerikada, Latın Amerikasında və Meksikada çox yayılmış bitki növüdür.

Qış xəstəliklərinə qarşı divar quran, ölümcül xəstəliklərlə mübarizə aparan hibiskus çayının insan sağlamlığına çox faydaları var.

 Foodinfo.az hibiskus çayının faydalarını təqdim edir:

-İştahanı tənzimləyir, maddələr mübadiləsini canlandırır və bədəndə artıq piylərin yandırılmasına kömək edir. 

-Pis xolesterini azaldır və yaxşı xolesterolu qoruyur. Beləliklə, ürək-damar sağlamlığına töhfə verir.

- Qan təzyiqini balanslaşdırır. Yüksək qan təzyiqi olan insanlar üçün faydalıdır.

- Qaraciyəri qoruyur. Karbohidratların udulmasını azaldır və qan şəkərinin səviyyəsini tarazlayaraq diabet riskini azaldır. 

-Depressiyaya qarşı təsirlidir. Yuxu keyfiyyətini yaxşılaşdırır və stressi azaldır.

 -Xərçəng hüceyrələrinin böyüməsini ləngidir. Bir araşdırmaya görə, hibiskus çayının bu təsiri sübut edilmişdir. 

-Aybaşı ağrılarını aradan qaldırır. Menstruasiya zamanı ağrı və sancı kimi problemləri aradan qaldırır. 

-Soyuqdəymə və qripdən qoruyur. C vitamini ilə zəngindir və immunitet sistemini gücləndirir.

- Bədəni rahatladır. Sinir sistemini sakitləşdirir və zehni fəaliyyəti artırır.

 -Yaşlanma əlamətlərini gecikdirir. Sərbəst radikallarla mübarizə apararaq dərinin sağlamlığını qoruyur.

 -Həzm sistemini tənzimləyir. Bağırsaq hərəkətlərini artıraraq qəbizlik kimi problemlərin qarşısını alır. 

- Bədəni təmizləyir. Antibakterial xüsusiyyətləri sayəsində bədəni toksinlərdən təmizləyir.

 Hibiskus çayı necə hazırlanır?

1 çay qaşığı quru hibiskus

1 stəkan su

Hibiskus çayı hazırlamaq üçün əvvəlcə suyu qaynadın. Qaynar suya hibiskus əlavə edin və 10 dəqiqə dəmləyin. Sonra çayı süzərək için. Hibiskus çayının dadı turş olduğundan, bal, darçın və ya qəhvəyi şəkər kimi dadlandırıcılardan istifadə edə bilərsiniz.

Hibiskus çayını istehlak edərkən diqqətli olmaq lazımdır. Gündə ən çox 2 stəkan hibiskus çayı içə bilərsiniz. Hibiskus çayını nahardan əvvəl və sonra iki dəfə içmək məsləhət görülür. 10 gün hibiskus çayı içdikdən sonra 3 ay fasilə vermək lazımdır. Həddindən artıq hibiskus çayı içmək sağlamlığınıza zərər verə bilər. 

Hibiskus çayının bəzi yan təsirləri bunlardır: 

Qan təzyiqini aşağı salır. Bayılma, başgicəllənmə və yuxululuq kimi simptomlara, halüsinasiyalara səbəb ola bilər.

Həddindən artıq miqdarda hibiskus çayı içmək reallıq qavrayışını təhrif edə bilər. İllüziyalar görmə, eşitmə və toxunma kimi hisslərdə baş verə bilər. 

Hamiləlik və ana südü zamanı təhlükəlidir. Hibiskus çayı uşaqlığın daralmasına səbəb ola bilər. Bu, aşağı düşmə və ya vaxtından əvvəl doğuş riskini artıra bilər. Süd verən analar da hibiskus çayı içməməlidir. Çünki hibiskus çayı süd istehsalını azalda bilər. 

Allergik reaksiyalara səbəb ola bilər. Hibiskus çayına qarşı allergiyası olan insanlar qaşınma, qızartı, şişkinlik və nəfəs darlığı kimi simptomlarla qarşılaşa bilər. 

Dərman qarşılıqlı təsirinə səbəb ola bilər. Hibiskus çayı bəzi dərmanların təsirini artıra və ya azalda bilər. Xüsusilə qan durulaşdıran, təzyiq salan, şəkər salan, antidepresan kimi dərmanlardan istifadə edən insanlar həkimə müraciət etmədən hibiskus çayı içməməlidirlər.

Kimlərə bu çaydan istifadə etmək olmaz?

- Aşağı qan təzyiqi olanlar 

-Xroniki xəstəlikləri olanlar 

-Daimi dərman istifadə edənlər 

-Hamilə və süd verən qadınlar 

- Allergiyası olanlar 

-Xolesterol problemi olanlar