Öskürəyi aradan qaldırmağın ən təsirli yolu bir fincan isti çayda gizlənə bilər. Hər qurtumda şəfa hiss etdirəcək bu çayla öskürək tutmalarına son qoymaq mümkündür.
Foodinfo.az xəbər verir ki, öskürək tənəffüs yollarını təmizləmək üçün bədənin bir refleksidir. Şiddətli öskürək çox narahatedici və əsəbləşdici ola bilər. Həm sizin enerjinizi məhv edə, həm də şirin yuxunuzu bölə bilər. Şiddətli öskürək hücumlarını bitirmək və yüngülləşdirmək üçün bir çox təbii üsullardan istifadə olunur. Bunlardan biri də bir fincan isti bitki çayıdır.
Öskürək zamanı bitki çayı içməyin faydalı olduğu sübut edilmişdir. Tədqiqatlar göstərir ki, çay təbii olaraq immunitet sistemini yaxşılaşdırmağa kömək edir. Bitki çayları boğaz ağrısını yaxşılaşdırır və öskürəyi dərhal aradan qaldırır. Bəzi hallarda, reseptlə verilən dərmanlardan daha təsirli olur.
Zəncəfil çayı öskürəyi anında aradan qaldıran bitki çayları arasındadır. Zəncəfil iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. O, nəinki öskürəyi aradan qaldırır, həm də öskürək nəticəsində yaranan qıcıqlanmış boğaz və tənəffüs yollarını sakitləşdirir. Bu bitki boğazdakı tənəffüs yollarının əzələlərini rahatlaşdıran maddələrlə doludur.
Zəncəfil çayının hazırlanması:
Əvvəlcə kiçik bir qazanda suyu qaynadın. Sonra suya təzə və ya qurudulmuş zəncəfil əlavə edin. (Adətən təzə zəncəfil daha təsirli nəticə verir.) Sonra 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra ocaqdan götürün. Zəncəfil çayının faydalarını və dadını artırmaq üçün bir az bal əlavə edə bilərsiniz. Bal həm də öskürəyə yaxşı təsir edən şəfalı mənbələrdən biridir.