Soyuq payız ürək, sinir sistemi, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir göstərir.
Foodinfo.az xəbər verir ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, orqanizmə olan mənfi təsiri ən yaxşı azaldan vasitə çökə çiçəyi dəmləməsidir.
Dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.
Diyetoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar.