Dietoloq Mariya Dubskaya payız aylarında mövsümi məhsullardan istifadə edərək hemoqlobini artırmağı tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, bu barədə mütəxəssis Sankt-Peterburq telekanalının efirində danışıb. O, qeyd edib ki, payızda insanlar C vitamini ilə zəngin qidalara, məsələn, mövsümi meyvə-tərəvəzlərə diqqət yetirməlidirlər. Dubskayanın sözlərinə görə, söhbət badımcan, alma, bibərdən gedir.
Dietoloq bildirib ki, qadınlarda hemoqlobinin norması 120, kişilərdə isə 130-dur. Eyni zamanda, hamilə qadınlar üçün ilk növbədə hemoqlobinin səviyyəsi vacibdir. Hemoqlobin kompleks dəmir tərkibli heyvan zülalıdır və oksigenin toxumalara daşınmasını təmin edir.