Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə piyin toplanmasına və iltihaba səbəb olur.
Qaraciyərin piylənməsi çox təhlükəli haldır ki, onun fonunda müxtəlif qaraciyər xəstəlikləri və o cümlədən sirroz, qaraciyər xərçəngi inkişaf edə bilər.
Qaraciyərin sağlamlığını qorumaq üçün qidalanmaya bu orqanda detoksikasiya və bərpa proseslərini stimullaşdıran məhsulları əlavə etmək lazımdır.
Saglamolun.az xəbər verir ki, rusiyalı diyetoloq İrina Toropıqina belə məhsulların adlarını açıqlayıb.
1. Balqabaq tumları qaraciyərin ziyanlı maddələrdən daha tez təmizlənməsinə yardım edir və həmçinin yaxşı ödqovucu təsirə malikdir. Diyetoloq hər gün 1 ovuc balqabaq tumlarını yeməyi tövsiyə edir.
2. Qaraciyər üçün digər faydalı məhsul ərik qurusudur. Ərik qurusu da qaraciyərin sağlamlığına çox müsbət təsir edir, detoksikasiya proseslərini stimullaşdırır. Həkim hər gün 4-5 ərik qurusunu yeməyi tövsiyə edir.
3. Zeytun yağı güclü iltihabəleyhinə təsirə malik olan omeqa-3 yağlı turşularla zəngindir. Zeytun yağı əlavə olunmuş tərəvəz salatları qaraciyər üçün ən faydalı qidalardan biridir. Belə salatlar hər gün qidalanmanızda olmalıdır.