Düzgün qidalanma bədəndəki bir çox proseslərə, o cümlədən görmə qabiliyyətinə təsir göstərir.
Foodinfo.az bildirir ki, görmə qabiliyyətinin normal qalması üçün gündəlik olaraq vitaminlər, karotenoidlər, müxtəlif mikroelementlər və omeqa-3 qəbul etmək vacibdir.
Göz sağlamlığı üçün mütəmadi olaraq balıq, ət, qoz-fındıq, yumurta, paxlalı bitkilər, göyərti, narıncı rəngli tərəvəz və meyvələr, göyərti, zeytun və zeytun yağı, süd məhsulları istehlak edilməsi tövsiyə olunur.
Belə ki, yaşıl yarpaqlı tərəvəzlər (brokoli, cəfəri, ispanaq, noxud, püstə, balqabaq) və yumurta sarısının tərkibində lutein və zeaksantin var.
Balıq və dəniz məhsullarında, həmçinin kətan toxumlarında, bitki yağlarında, ispanaqda olan Omeqa-3 tor qişada mikrosirkulyasiyanı mükəmməl şəkildə yaxşılaşdırır. Görmə qabiliyyətinin pisləşməsi menyuda sürətli karbohidratların, təmizlənmiş yağların həddindən artıq üstünlük təşkil etməsi, eləcə də lifin açıq olmaması ilə bağlı ola bilər.
Nərmin