Müasir dünyamızda bir çox üsullar, pəhrizlər və təlim proqramları sürətli və effektiv arıqlamağı vəd edir. Lakin bunların hamısı uzunmüddətli nəticələr vəd edib, sağlamlığa müsbət təsir göstərəcəyinə zəmanət verə bilməz. 

Foodinfo.az xəbər verir ki, diyetoloq Alina Çerepanova bədənə zərər vermədən artıq çəkidən qurtulmağa kömək edəcək 3 "qızıl qayda"dan danışıb.

1. Zülal sizin ən yaxşı dostunuzdur:


"Zülal orqanizmimizin əsasını təşkil edir, gözəllik və əzələ tonusuna cavabdehdir. Arıqlamaq istəyənlər üçün tövsiyə olunan miqdar 1 kq bədən çəkisi üçün 1,5 qramdır. O, piy qatları əridikdə əzələ kütləsini saxlamağa kömək edir", - deyə mütəxəssis izah edib. 

2. Enerji çatışmazlığı yağ yandırmağın açarıdır:

"Effektiv arıqlamaq üçün sərf etdiyinizdən daha az kalori qəbul etmək vacibdir. Lakin bunu ağıllı şəkildə, rasionunuzun zülalla zəngin olduğunu nəzərə alaraq etməlisiniz. Belə halda siz əzələ kütləsini itirmədən, məhz yağları yandıracaqsınız", - deyə Çerepanova qeyd edib.

3. Məşqlər prosesin ayrılmaz hissəsidir:

"Müntəzəm aktivlik yalnız kalori yandırmağa kömək etməyəcək, həm də qan dövranını yaxşılaşdıracaq, əzələləri gücləndirəcək və bədən quruluşunuzu daha gözəl edəcək", - deyə ekspert bildirib.

Sonda diyetoloq vurğulayıb ki, sağlam arıqlamaq vaxt və səbir tələb edən bir prosesdir, lakin düzgün yanaşma ilə nəticələr qalıcı və uzunmüddətli olacaq. 

Unutmayaq ki, sağlamlıq və rifahımız hər şeydən önəmlidir.

Nurlan