Böyük Britaniyanın "Cancer Research" şirkətinin həkimləri sarıkökün insanda xərçəng riskini azaltmağa kömək etdiyi və xərçəngin böyüməsinin qarşısını aldığı qənaətinə gəliblər.
 Foodinfo.az xəbər verir ki, alimlər bildirib ki, xərçəng hüceyrələri ilə mübarizə baxımından sarıkök çox faydalıdır. Onun tərkibində xərçəng hüceyrələrini məhv etməyə qadir olan curcumin adlı maddə var.
Onda, həmçinin yüksək səviyyədə antioksidant var, buna görə də həkimlər onu xərçəngin alternativ müalicəsi hesab edirlər. Bu ədviyyatın çox məşhur olduğu ölkələrdə xərçəngə daha az rast gəlinir.
Sarıkök həm də katarakta, qlaukoma və makula degenerasiyası riskini azaldır. Bundan əlavə, qanda "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.