Amerikanın Arkanzas ştatının Consboro şəhərinin 38 yaşlı sakini Kris Terrell pis vərdişlərindən imtina etməklə və sevimli yeməyindən əl çəkmədən iki il yarım ərzində 56 kiloqram arıqlayıb. 

Foodinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Uşaqlıqdan artıq çəkidən əziyyət çəkən Terrell 15 yaşında 90 kiloqram ağırlığında olub. Dəfələrlə müxtəlif pəhrizlərlə arıqlamağa çalışsa da, pəhrizi pozduqda atdığı kilolar artıqlamasıyla qayıdıb.

2019-cu ildə 131 kiloqram çəkisi olan Terrell ciddi şəkildə sağlamlığı ilə məşğul olmaq qərarına gəlib.

O, pis vərdişlərindən birdəfəlik əl çəkməli olduğunu anlayıb. Terrell kompüter oyunları və televizor qarşısında vaxy öldürməyə son qoyub və zərərli yeməklərdən imtina edib. O, həmçinin, sevmədiyi işini tərk edib və çoxdan ayrılmalı olduğu sevgilisi ilə münasibətlərini sonlandırıb.

Lakin Kris sevimli yeməklərindən tamamilə imtina etməyib, sadəcə onları məhdud miqdarda və yalnız həqiqətən aclıq hiss etdikdə yeməyə başlayıb.

Bu gedişlə o, ilk 6 ayda 30 kiloqram arıqlayıb, 2,5 ilə isə 56 kiloqram çəkidən qurtula bilib.

Yeməklərinə nəzarət etməklə yanaşı, Terrell üzgüçülüklə məşğul olub və uğurlarını gündəliyində qeyd edib. O, evin hər küncündə sağlam həyat tərzi ilə bağlı xatırlatmalar asıb.

Kris artıq bir il yarımdır ki, çəkisini qoruyub saxlayır. O, bədən quruluşu ilə fəxr edir və arıqlama üzrə məşqçi kimi çalışaraq başqalarına da bu işdə yardım edir.

Natəvan

Chris Terrell at a healthy weight

Chris Terrell before and after weight lossTerrell holding up a pair of his old jeans