Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətlərə və xroniki stresə davamlı olması üçün Mərkəzi, periferik sinir sistemi və beyinə nələr lazımdır?
Foodinfo.az Medicina.az-a istinadən beyinin, sinir sisteminin bərpası üçün lazım olan maddələrin siyahısını təqdim edir.
1. Oksigen, hava – bunun üçün qanda hemoqlobin, B 12 vitaminin miqdarı normada olmalıdır
2. B qrup vitaminləri – beyin və sinir hüceyrələrinin maddələr mübadiləsini təmin edir
3. Askorbin turşusu, yəni C vitamini
4. E vitamini – sinir hüceyrələrini bərpa edir, yeniləyir
5. A vitamini
6. Omeqa 3- balıq yağı
7. Maqniy, kaliy, selen – sakitləşdirir, yeni neyronlar yaradır
8. D vitamini
9. Qlükoza və karbohidratlar – energetik ehtiyatı təmin edir
Sinirlərin sevdiyi qidalar:
- Bütün qozlar, fındıq, badam – təsadüfi deyil ki, bunların forması da beyinə oxşayır.
- İspanaq, cəfəri, göyərtilər
- Giləmeyvələr – onlarda çox miqdarda vitamin, C vitamini vardır. Sinir hüceyrələrini yeniləyir
- Qara təmiz şokolad – beyin damarlarını genişləndirir, oksigeni artırır
- Yarmalar, taxıllar – qara çörək və s. B vitaminləri ilə zəngindir
- Yağlı balıq, balıq yağı, kürü, dəniz məhsulları – nevroz, depressiyanın dərmanıdır
- Pendir – istər sarı, istər ağ
- Banan – maqniy, kaliy mənbəyidir
- Təmiz bal – beyini təmiz qlükoza ilə təmin edir
Sinir hüceyrələrini nə öldürür?
- Ağ un, ağ çörək, şəkər tozu, qızartma yeməj, trans yağ, marqarin, qazlı şirəli sular, yağlı ət, soya sousu, içki, narkotik, siqaret