Şam ağacı son vaxtlar sağlamlıq problemlərinin təbii həlli kimi gündəmə gəlib. Xüsusilə tənəffüs yolu xəstəlikləri ilə mübarizədə təsirli olan şam qozasının bəkməzi özünəməxsus dadı və sağlamlığa faydaları ilə diqqət çəkir. 

 Foodinfo.az xəbər verir ki, şam qozası tərkibindəki təbii komponentlər sayəsində tənəffüs problemlərinə müsbət təsir göstərir. Xüsusilə soyuqdəymə, öskürək, boğaz ağrısı kimi xəstəliklərdə istifadə edilə bilər. Antioksidant və antiseptik xüsusiyyətlərə malik olan şam qozasının bəkməzi tənəffüs yollarına rahatlaşdırıcı təsiri ilə tanınır. 

Evdə asanlıqla hazırlana bilər Şam qozası bəkməzini hazırlamaq üçün ilk növbədə təzə və sağlam şam qozalarını toplamaq lazımdır. Sonra toplanmış qozaları günəşdə qurudaraq bal və ya bəkməzlə qarışdırırıb şərbətə çevirə bilərsiniz. 

Ümumiyyətlə bu şərbəti şam qozalarının ən məhsuldar olduğu yaz və payızda hazırlamaq tövsiyə olunur.

Şam qozası bəkməzi mədə, ağciyər, astma kimi bir çox sağlamlıq probleminə yaxşı təsir edir. Qış aylarında qrip, soyuqdəymə kimi xəstəliklərin müalicəsində istifadə olunmaqla yanaşı, immunitet sistemini gücləndirir, infeksiya və mikrobların qarşısını alır, qəbizliyi aradan qaldırır. O, həmçinin yuxarı tənəffüs yollarının infeksiyalarının yaranmasının qarşısını alır.

QEYD: Şam qozaları yanlış və ya həddindən artıq istehlak edildikdə həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən bəkməz hazırlayarkən yetişmiş qozalar seçilməlidir.