Müasir dünyada dermatoloqlar akne (sızanaq) xəstələrinin sayında əhəmiyyətli artımın olduğunu qeyd edirlər. Bu xəstəliyin bir neçə səbəbi var. Əsas olanlar xroniki iltihab, dərinin həddindən artıq keratinləşməsi, dəri piyinin istehsalının artması və bakteriyaların çoxalmasıdır. Qidalanma və sızanaqlar arasındakı əlaqəni müəyyən etmək üçün tədqiqatlar hələ keçən əsrin əvvəllərində aparılıb, lakin nəticələr mübahisəlidir. Qida səpkilərin yaranmasına həqiqətən də təsir edirmi? Hansı qidalar daha təhlükəlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə plastik cərrah, kosmetoloq, dermatoloq, "COSMOPRO" klinika şəbəkəsinin yaradıcısı Pasihət Maqomedova danışıb.
Onun sözlərinə görə, hazırda sızanaq xəstəliyinin artmasını yüksək kalorili qidaların üstünlük təşkil etməsi ilə əlaqələndirilir. Pəhrizdəki səhvlər sebumun tərkibinin və miqdarının dəyişməsinə səbəb olur, dəridə xroniki iltihabı saxlayır, həmçinin yağ vəzilərinin ifrazat kanallarının tıxanmasına səbəb olur, bu da öz növbəsində iltihablı elementlərin sayının artması ilə nəticələnir.
Sızanaqların yaranmasına ən çox aşağıdakı qidalar təsir edir:
şəkər, un məmulatları və şirniyyatlar;
düyü və buğda (onlarda yüksək miqdarda trans yağlar, karbohidratlar, yağlar var);
"fast food";
alkoqollu içkilər;
qazlı içkilər;
süd məhsulları, xüsusən də tərkibində daha çox karbohidrat laktoza olan yağsız süd.
Sızanaq xroniki bir xəstəlik olduğundan, düzgün qidalanma prinsiplərinə ömür boyu riayət edilməlidir və bu qidalardan ömürlük imtina edilməlidir.
Bəs sızanaqlar yaranarkən hansı qidalar, əksinə, rasiona daxil edilməlidir? Bunlar omeqa-3 (yağlı balıq) və liflə zəngin qidalardır.
Yeri gəlmişkən, dermatoloqun fikrincə, sızanaq və mədə-bağırsaq patologiyası arasında birbaşa əlaqə yoxdur. Lakin yağ vəzilərinin genetik patologiyası varsa, o zaman qastrit, pankreatit, xolesistit kimi bir çox qastroenteroloji xəstəliklər akne xəstəliyinin gedişatına mənfi təsir göstərə bilər.
Natəvan