Payız və qışda insan orqanizmi isti havalara nisbətən bir qədər fərqli işləyir, ona görə də ehtiyacları dəyişir: yayda lazım olan bəzi məhsullar payız və qışda faydalı olmaya bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə bioloq Natalya Kolman danışıb.
Onun sözlərinə görə, mağazada satılan, tərkibində çoxlu şəkər və boyalar olan soyuq yeməklərdən, içkilərdən, meyvə və tərəvəz şirələrindən imtina etmək daha yaxşıdır. Bütün bunlar bədənin gücünü alır, immun sisteminin fəaliyyətini zəiflədir.
Çiy meyvə və tərəvəzləri də mümkün qədər rasiondan çıxarmaq məsləhətdir, çünki onların tərkibində bağırsaq iltihabına səbəb olan maddələr var. Xoşbəxtlikdən, bitki əsaslı qidalara alternativ var: fermentləşdirilmiş və ya bişmiş qidalar.
Soyuq mövsümdə ağ çörək və spirtdən də uzaq durmalısınız.
"Rusiya Diyetoloqları" Kliniki-diaqnostik Mərkəzinin üzvü Anastasiya Kondaurovanın tövsiyəsinə əsasən, yüksək şəkər tərkibli qazlı içkilər rasiondan çıxarılmalıdır. Konservləri də az yeməlisiniz, çünki onların tərkibində çoxlu duz var.
Yağlı ət məhsulları isə qaraciyəri yükləyir, ağ çörək hərəkətsizlik şəraitində yağ kütləsinin yığılmasına səbəb olur, spirtli içkilər termoregulyasiya ilə bağlı problemlər yaradır və tərləmə prosesini pozur. Bu səbəbdən də həmin qidaların miqdarını məhdudlaşdırmaq və ya ümumiyyətlə onlardan imtina etmək lazımdır.
Leyla