Sentyabr soyuqdəymə, virus və infeksiya gətirir. Bunlardan biri də kəskin respirator virus infeksiyasıdır.

Terapevt Maria Belyayeva, payızın əvvəlində bu qripə tutulmamağınıza kömək edəcək bir neçə qaydanı sadalayıb.

Foodinfo.az Aztibb.az-a istinadən xəbər verir ki, həkimin dediyi kimi, öncə gündəlik pəhrizinizi balanslaşdırmalısınız.

“C vitamini ilə zəngin tərəvəz və meyvələri daha tez-tez yeyin: sitrus meyvələri, itburnu, şirin bibər, qarağat və çaytikanı. Tərkibində sink olan vitaminlər və pəhriz əlavələri də qəbul edin”, - deyə həkim qeyd edib.

Mütəxəssis, evdə və işdə, xüsusən də insanların çox olduğu yerlərdə səthləri dezinfeksiyaedici maddələrlə təmizləməyi, otaqları havalandırmağı tövsiyə edib.

Xüsusən də xəstə insanlarla yaxın təmasdan çəkinin. Gözlərinizə, burnunuza və ağzınıza əlləriniz yuyulmayınca və ya antiseptiklə müalicə olunmayınca toxunmayın.

Terapevtin sözlərinə görə, soyuq mövsümdə təzə dəmlənmiş bitki çayı içmək faydalıdır. Tərkibindəki antioksidantlar xəstəlik riskini azaldacaq. “Bu, nadir hallarda nəzərə alınır, lakin sağlamlığı qorumaq üçün gündə ən azı yeddi saat yatmaq və stressdən qaçmaq lazımdır. Yorğun bədənin kəskin respirator virusa yoluxma ehtimalı daha yüksəkdir.