Nanəli çay stressi atmaq üçün ən yaxşı içkidir. 

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina deyib.

Onun sözlərinə görə, nanəli çayın tərkibində güclü müalicəvi və sakitləşdirici xüsusiyyətlərə malik mentol çoxdur.

Nanə qan damarlarını genişləndirir, spazmı aradan qaldırır və qan axınını yaxşılaşdırır. Tərkibində A, C və B vitaminləri var. 

Bundan əlavə, nanə çayı öd axınını da yaxşılaşdırır. Onun durğunluğu həmişə sinir sisteminin vəziyyətində dəyişikliyə, qıcıqlanma və aqressiyaya səbəb olur. Nanə öd axını tənzimlədiyinə görə, stressi və əsəbiliyi mükəmməl şəkildə aradan qaldırır.