Ədviyyatlı südün sağlamlıq faydaları heyrətamizdir.

Foodinfo.az bildirir ki, bunun müalicəvi təsirlərii xalq təbabəti tərəfindən də təsdiqlənir.
Süd üçün uyğun ədviyyatlar hil, darçın, zəncəfil, zəfərandır. 
Hil qatılmış südü həm səhər, həm də axşam isti içmək yaxşıdır. Beyni stimullaşdırır, depressiya və yorğunluğu aradan qaldırır. Bir stəkan südə bir çimdik və ya ¼ çay qaşığı üyüdülmüş hil və ya 2-3 dənə əlavə edin.
Darçınlı süd qanı təmizləyir, bəlğəmi yandırır. Səhər ilıq şəkildə içmək daha yaxşıdır, səhər yuxululuğunu aradan qaldıracaq və əhval-ruhiyyəni yaxşılaşdıracaq. Bir stəkan südə bir çimdik və ya ¼ çay qaşığı üyüdülmüş darçın əlavə edin.

Zəncəfil ilə qarışdırılmış süd qaraciyər üçün faydalıdır və qırışlarla mübarizə aparır. Zəncəfil orqanizmi "təmizləyir" və immuniteti yaxşılaşdırır. Bu ədviyyatlarla gecələr (yatmazdan 1-1,5 saat əvvəl) ilıq süd içmək məsləhətdir.
Zəfəranla südün qarışığı sinir sisteminin, tənəffüs yollarının və qan damarlarının işini sabitləşdirir. Daimi qəbulu göz altındakı şişkinliyi aradan qaldırır və gəncliyi uzadır. Zəfəranlı süd hər bir qadın üçün ən yaxşı cavanlaşma vasitələrindən biridir. Bir stəkan ilıq südə 3-4zəfəran əlavə edin.

Fərid