Yaşıl mərciməyin faydalarının nə olduğunu soruşduqda ilk ağla gələn cavab həzm və ifrazat sistemləri ilə bağlı olur. Yaşıl mərcimək liflə zəngin paxlalı bitki növüdür. Lifli qidaların sağlamlığa təsiri bağırsaq sisteminin nizamlı işləməsidir. Yaşıl mərcimək yeyəndə bağırsaqlar daha da aktivləşir və bu vəziyyət nəticəsində qəbizlik kimi problemlər aradan qalxır. 

 Foodinfo.az xəbər verir ki, yaşıl mərcimək bədənə daxil olan şəkərin enerjiyə çevrilməsində çox təsirlidir. Bu metabolik fəaliyyət nəticəsində qan şəkəri balanslaşır və diabet riski aradan qaldırılır. Yaşıl mərcimək də tərkibindəki şəkərin az olması səbəbi ilə şəkər xəstələrinin qidalanmasında mühüm yer tutur. 

Bütün paxlalılar kimi yaşıl mərcimək də ürək sağlamlığında mühüm rol oynayır. Yüksək xolesterini aşağı salır və damar tıxanmasının qarşısını alır. Damar sağlamlığını qoruyur və damarlarda yağ əmələ gəlməsinin qarşısını alır. 

Tərkibində dəmir və maqnezium yüksək olduğu üçün anemiya problemlərini aradan qaldırır. Anemiya xəstələrinin yeməklərinə əlavə etmələri tövsiyə olunan yaşıl mərcimək qırmızı qan hüceyrələrinin formalaşmasında və onların sağlamlığının qorunmasında təsirlidir.

Yaşıl mərcimək B vitamini mənbələri arasındadır. B vitamini sayəsində sinir sisteminin sağlamlığını qoruyur. Hormonların daha sağlam işləməsinə də kömək edir. 

Qida dəyəri baxımından dəri və saç sağlamlığının qorunmasında faydalıdır. Dəri qıcıqlanmalarını və yaraları qısa müddətdə sağaldır. Saçları daha sağlam və canlı edir. Yaşıl mərciməyin dəri üçün faydaları tərkibində A, B vitaminləri və dəmir olmasından irəli gəlir.