Yüksək qan təzyiqi həyat üçün təhlükə yarada bilər. Yüksək qan təzyiqinin qarşısını almağa və ya azaltmağa kömək edən amillərdən danışarkən, həkimlər qidalanmaya diqqət yetirirlər. İnsanın qidalandığı məhsullar onun sağlamlığına təsir edir. Foodinfo.az lent.az-a istinadən bildirir ki, bu səbəbdən alimlər təzyiqi aşağı sala bilən məhsulu tövsiyə ediblər. Mütəxəssislərin qeyd etdiyi kimi, söhbət quşüzümü şirəsindən gedir. Həkimlər vurğulayıblar ki, belə şirə hipertoniyaya qarşı təbii mübarizə vasitələrindən biri hesab olunur. Bu içkinin vacib xüsusiyyətini sübut edən bir təcrübə aparılıb. Bu prosesdə bir neçə qrupa bölünmüş könüllülər iştirak ediblər. Birinci komanda təxminən 8 həftə ərzində quşüzümü şirəsi qəbul edib, qalan iştirakçılara isə plasebo verilib. Tədqiqat, quşüzümü şirəsinin həqiqətən qan təzyiqini sabitləşdirməyə kömək etdiyini göstərib.