Qida dəyəri çox yüksək olan ispanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindəndir. İspanağın müntəzəm istifadəsi sağlamlığa bir çox müsbət faydalar gətirir. Tərkibindəki maddələr sayəsində hər cür problemə şəfa verən ispanaq suyu həm ləzzətli dadı, həm də faydaları ilə tanınır.
Foodinfo.az xəbər verir ki, ispanağın tərkibindəki C, E və A vitaminləri ağciyər sağlamlığının qorunmasında təsirlidir. Tənəffüs sistemi ilə əlaqəli xəstəlikləri, xüsusən də astma xəstəliyini aradan qaldırmaq üçün ispanaqdan mütləq istifadə edin.
İspanaq tərkibindəki vitamin dəyərləri sayəsində göz sağlamlığını qoruyan təsirli bir qidadır. Katarakt və gecə korluğu kimi göz xəstəliklərinin riskini azaldır.
Xüsusilə hipertoniya xəstələrinin təzyiqi üçün dərman kimi fəaliyyət göstərən ispanaq tərkibindəki kalium ilə təzyiq salıcı təsirə malikdir. Sizi yüksək təzyiqin yaratdığı ürək xəstəliklərindən də qoruyur.
Havalar soyumağa başlayanda süfrələrdə yerini alan ispanaq bir çox fərqli reseptlə istehlak edilən tərəvəzdir.
İspanaq suyu bağırsaq problemlərinin aradan qaldırılmasında çox təsirlidir. Bağırsaqlarınızın nizamlı işləməsini istəyirsinizsə, müntəzəm olaraq ispanaq suyundan istifadə edə bilərsiniz.
İspanaq suyu bağırsaqlara təsiri sayəsində arıqlama prosesini dəstəkləyir və tərkibindəki minerallar qələvi olduğu üçün insan sağlamlığına çox faydalıdır.
Bu tərəvəzin şirəsi sizi uzun müddət tox tutma təsirinə malikdir. Buna görə də, ispanaq suyunu pəhriz planınıza daxil edə bilərsiniz. İspanaq suyu istehlak edərək qəbizlik, şişkinlik və ödem kimi problemləri asanlıqla aradan qaldıra bilərsiniz.
Unudulmaması lazım olan ən əhəmiyyətli detal ispanağı çox diqqətlə yumağınızdır. İspanaq kimi tərəvəzlərin yarpaqlarında digər tərəvəzlərə nisbətən daha çox torpaq qalığı ola bilər.
İspanağı ən uyğun gigiyenik hala gətirmək üçün sirkəli suda saxlaya bilirsiniz. Tərkibindəki mineral və vitaminlərdən faydalanmaq üçün onu azca bişirmək lazımdır.
İspanaq suyundan təbii dəriyə qulluq vasitəsi kimi də istifadə edə bilərsiniz. Ultrabənövşəyi şüaların yaratdığı ləkələr və qırışlar kimi problemləri aradan qaldıra bilər.
Arıqlama prosesində olan insanların xüsusi marağına səbəb olan ispanaq bədəndəki toksinlərin bir-bir atılmasını təmin edir. İspanağın sürətli arıqlama xüsusiyyətindən faydalanmağın ən sadə yolu ispanaq suyu istehlak etməkdir.
İspanaq suyu əldə etmək çox sadədir. İspanaq yarpaqlarını yaxşıca təmizlədikdən sonra sirkəli suda 5 dəqiqə isladın. Sonra yenidən bol su ilə yuyun. Torpaq qalıqlarından təmizlədiyiniz yarpaqları içi su ilə dolu qazana əlavə edin.
İspanaq yarpaqlarını 10 dəqiqə qaynadın və sonra soyudun. Qaynar suda hazır olan ispanaq suyunu soyuduqdan sonra istehlak etməyə başlaya bilərsiniz. Gün ərzində maksimum 2-3 stəkan içmək kifayət edər.
İspanaq suyunun faydalı təsirini görmək üçün 1 həftə müntəzəm olaraq içmək və sonra bir neçə gün ara vermək lazımdır. İspanaq suyu sayəsində ideal çəkiyə tez bir zamanda çata bilərsiniz.