Kefir fermentləşdirilmiş süd məhsulları arasında liderdir. İçki xüsusilə antibakterial terapiyanın nəticələrinin qarşısını almaq üçün faydalıdır, həmçinin I2-ci tip diabetin inkişaf riskini azaltmağa kömək edir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq İrina Mansurova danışıb.
Onun sözlərinə görə, ryajenka və kefirin sistemli istifadəsi II tip şəkərli diabetin inkişaf riskini azaltmağa kömək edir. Bu içkilər əzələ və yağ toxuması hüceyrələrində insulin reseptorlarının həssaslığını artırır və qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.
Belə məhsulların tərkibində maqnezium mühüm rol oynayır. Mədəaltı vəzin adacıq aparatının hüceyrələrinə və insulin reseptor komplekslərinə təsir göstərir.