Gül kələmi həzmi yaxşılaşdıra və bədəni ürək-damar xəstəliklərindən qoruya bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Qridina danışıb.

Mütəxəssisin sözlərinə görə, gül kələmi pektin maddələrlə, alma və limon turşusu ilə zəngindir. Bu komponentlər mədə-bağırsaq traktının fəaliyyətinə müsbət təsir göstərir. Bundan əlavə, bu tərəvəzdə çox miqdarda olan lif də həzmi normallaşdırmağa kömək edir. Yaxşı həzm olunduğu üçün gül kələmi uşaqlar üçün də uyğundur.

Bu tərəvəz immun sisteminə də müsbət təsir göstərir, iltihab əleyhinə məhsul hesab olunur.

Lakin gül kələminin bütün faydalarına baxmayaraq, mədə turşuluğu yüksək olan, mədə xorası olan, həmçinin mədə-bağırsaq traktının iltihabi xəstəlikləri və qıcıqlanmış bağırsaq sindromu olan insanlar tərəfindən istehlak edilməməlidir. Əks halda, diyetoloqun fikrincə, tərəvəz arzuolunmaz simptomların artmasına səbəb ola bilər. Bundan əlavə, tərkibində purin olduğuna görə, gül kələmi böyrək daşı və podaqra xəstəlikləri zamanı yeyilməməlidir.

Leyla