Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır. Foodinfo.az xəbər verir ki, bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib: Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni için. Çayın resepti: - Zeytun yarpağı 1 xörək qaşığı - Cökə 1 xörək qaşığı - İtburnu meyvəsi 5-6 ədəd - Sarıkök 1 çay qaşığı - Nanə yarpağı 1 xörək qaşığı - Keçibuynuzu meyvəsi 2 ədəd - 500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir. Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin.