Bəzi qidaların istifadə olunması insanın xarici görünüşünə təsir göstərə bilər. Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, tərkibində şəkər, sadə karbohidratlar və qeyri-heyvan mənşəli yağ olan qidalar insanın görünüşünə təsir edə bilər.
Tərkibində şəkərin miqdarı çox olan məhsullara şirələri aid etmək olar. Şəkər insulin səviyyəsini artırır, beynin fəaliyyətinə mənfi təsir göstərir.
Həmçinin şirniyyatlar, düyü, kartof və digər qarnirlər də sağlamlıq üçün zərərlidir.
Eyni zamanda yağlı salatlar, duzlu və yağlı digər məhsullar da səhhətimiz və xarici görünüşümüz üçün ağır fəsadlara səbəb ola bilər.
Fərid