Dağ çiyələyi vitaminlərlə olduqca zəngin məhsuldur. Yaşlanmaya qarşı effektiv təbii vasitə olmaqla yanaşı həmçinin bir çox viruslara qarşı mübarizə vasitəsidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb. 

Xalq arasında dağ çiyələyi kimi tanınan yabanı çiyələk C vitamini ilə zəngindir. İshala səbəb olan bəzi mikroorqanizmləri dayandırmaq xüsusiyyətinə sahibdir. Dərimizdə yaranan sızaqlara qarşı da müsbət təsirə malikdir. 

Dağ çiyələyi xərçəngə qarşı təsirə malikdir və xəstəliyin yayılmasının qarşısını alır. Revmatizm ağrılarını azaldır. Sinirləri qüvvətləndirir, bağırsaqdakı qurdları məhv edir. Ekspertlər həmçinin bu məhsulun qızdırmaya qarşı müsbət təsirini də qeyd edirlər.