Yaşla bağlı xəstəliklərin yaranma ehtimalını azaltmaq üçün B qrupundan olan vitaminləri qəbul etmək məsləhətdir.
Foodinfo.az xəbər verir ki, bu barədə həkim Mixail Ginzburq danışıb.
O bildirib ki, zəhərli metabolit olan homosisteinin çoxluğu bir çox xəstəliklərin inkişafına və qocalmanın sürətlənməsinə səbəb ola bilər.
Metionin amin turşusundan yaranan homosistein qan damarlarının divarlarına zərərli təsir göstərərək aterosklerozun inkişafına və qan dövranı sistemi ilə bağlı digər problemlərə səbəb ola bilər. Bu, həm də sürətlənmiş qocalma və yaşla bağlı müxtəlif xəstəliklərin baş verməsi ilə bağlıdır.
Bunun qarşısını almaq üçün Ginzburq yaşlandıqca heyvan mənşəli zülalların qəbulunu azaltmağı və homosistein səviyyəsini müntəzəm olaraq yoxlamağı məsləhət görür (norma 5-9 mikromol/litrdir). B qrupundan olan vitaminləri qəbul etmək və bu tövsiyələrə əməl etmək sonrakı mərhələlərdə də sağlamlığınızı və həyat keyfiyyətinizi yaxşılaşdıra bilər.
Nurlan