Xüsusilə məktəbli uşaqların əziyyət çəkdiyi diqqətsizlik üçün sağlam qidalanma, nizamlı yuxu və adekvat fiziki fəaliyyət vacibdir. Omeqa-3 və zəngin B vitamini mənbələri olan qidalar uşaqların zehni inkişafını dəstəkləyir. Bütün bunlara əlavə olaraq yaddaş, diqqət və zehni aydınlıq üçün bitkilərdən də dəstək ala bilərsiniz.
Foodinfo.az-ın məlumatına görə, elmi olaraq Rosmarinus officinalis kimi tanınan rozmarin əsrlər boyu ənənəvi olaraq yaddaş və zehni itilik üçün istifadə edilir. Bəzi tədqiqatlar göstərir ki, rozmarin ekstraktı qısamüddətli yaddaşa və diqqətə müsbət təsir göstərir.
Tərkibində rozmarin efir yağları olan məhsullar aromaterapiya və ya masaj yağları kimi istifadə olunur. Zehni sağlamlığı artırmaq üçün də faydalı hesab olunur.
Sağlam həyat tərzi, yaxşı qidalanma, adekvat yuxu və zehni fəaliyyətlər (məsələn, tapmacaları həll etmək və ya yeni şeylər öyrənmək) yaddaşınızı və zehni kəskinliyinizi yaxşılaşdırmaqda sübut edilmiş təsirlərə malikdir.
Bazarlarda və marketlərdə təzə rozmarin tapa bilərsiniz. Yeməklərə və şorbalara əlavə edə biləcəyiniz rozmarin özünəməxsus aroması ilə qatıldığı yeməklərə ləzzət qatması ilə tanınır. Bizim mətbəxdə rozmarin daha çox ət yeməklərinin və desertlərin bəzədilməsi üçün istifadə olunur. Yeməklərdə təzə rozmarindən istifadə etməklə yanaşı, ədviyyat kimi qurudulmuş rozmarindən də istifadə edə bilərsiniz. Rozmarini uşaqlarınızın və ya öz yastığınızın altına qoyub yata bilərsiniz. Beləcə onun ağıl açan qoxusundan faydalana bilərsiniz.
Limonad, mineral su və ya evdə hazırlanmış təzə meyvə suyu ilə doldurulmuş stəkana rozmarin əlavə etməklə qəşəng bir görünüş əldə edə və rozmarinin şirin qoxusundan və ətirindən faydalana bilərsiniz.