Qarğıdalı qədim zamanlardan istehlak edilən dadlı və faydalı bir qidadır. Xüsusilə yay aylarında qaynadılmış qarğıdalı qoxusu mətbəxlərdən əskik olmur. Qarğıdalı beyindəki yaddaş mərkəzlərini aktivləşdirir və zehni rahatlaşdırır. 

Bu dadlı qidanın faydaları saymaqla bitmir. Qarğıdalı fərqli dadı, rəngi və teksturası ilə iştahaaçan bir yeməkdir. Bütün bunlara əlavə olaraq qarğıdalı yaddaşa faydalıdır və həzmi asanlaşdırır.

 Foodinfo.az bu yazıda qarğıdalının faydalarını təqdim edir:

Beyindəki yaddaş mərkəzlərini aktivləşdirməyə və zehni rahatlamağa kömək edir.

Göz sağlamlığını yaxşılaşdırır.

Qlütensiz pəhrizi dəstəkləyir.

Sümükləri gücləndirir: Qarğıdalı yaxşı bir kalsium mənbəyidir. Beləliklə, böyüyən uşaqlarda sümükləri gücləndirir. O, həmçinin yaşlı insanlarda optimal sümük sıxlığını bərpa edərək osteoporoz əlamətlərini aradan qaldırmağa kömək edir.

Qan şəkərinin səviyyəsini nəzarət altında saxlayır.

Arıqlamağı asanlaşdırır.

Anemiyanı müalicə edir.

Sinir sisteminin fəaliyyətini artırır.

Qəbizliyə yaxşı təsir edir.

Qarğıdalı yaxşı əhval-ruhiyyəni qorumaq və dərin yuxunu təşviq etməklə narahatlıq və yuxusuzluğu müalicə etməyə kömək edir.

Ürək sağlamlığı üçün faydalıdır. Qarğıdalı tamamilə xolesterol və natriumdan məhrumdur. Buna görə də, qarğıdalı unu ilə hazırlanan reseptlər ürək xəstəliyi olanlar tərəfindən təhlükəsiz şəkildə istehlak edilə bilər.

Sağlam hamiləliyi təmin edir.

Sağlam kilo almağa kömək edir.

Bir çox insanlar anormal bağırsaq hərəkətləri, ishal, şişkinlik və qəbizliklə yanaşı dözülməz mədə ağrısından əziyyət çəkirlər. Qarğıdalı sağlam maddələr mübadiləsini və həzmi stimullaşdırır.

Qarğıdalı yüksək təzyiqi aşağı salmağa və hipertansiyon hallarını effektiv müalicə etməyə kömək edir. Bu, infarkt, aritmiya və insult kimi digər ciddi ürək xəstəliklərinin riskini aradan qaldırır.