Yaşıl mərciməyin faydaları dedikdə ağıla ilk gələn cavab həzm və ifrazat sistemləri ilə bağlı olur. Yaşıl mərcimək liflə zəngin paxlalılar növüdür. Lifli qidaların sağlamlığa təsiri bağırsaq sisteminin nizamlı işləməsi deməkdir.
Foodinfo.az xəbər verir ki, yaşıl mərcimək yeyəndə bağırsaqlar daha da aktivləşir və bu vəziyyət nəticəsində qəbizlik kimi problemlər aradan qalxır.
Yaşıl mərcimək bədəninizə daxil olan şəkərin enerjiyə çevrilməsində çox təsirlidir. Bu metabolik fəaliyyət nəticəsində qan şəkəriniz balanslaşdırılır və diabet ehtimalınız aradan qalxır. Yaşıl mərcimək tərkibindəki şəkərin az olması səbəbiylə şəkər xəstəliyinin qidalanmasında mühüm yer tutur.
Bütün paxlalılar kimi yaşıl mərcimək də ürəyinizin sağlamlığında mühüm rol oynayır. Yüksək xolesterolu azaldır və aterosklerozun qarşısını alır. Damarların sağlamlığını qoruyaraq damarlarda yağ əmələ gəlməsinin qarşısını alır.
Yüksək dəmir və maqnezium nisbətinə görə anemiya problemlərini aradan qaldırır. Anemiya xəstələrinin yeməklərinə əlavə etmələri tövsiyə olunan yaşıl mərcimək qırmızı qan hüceyrələrinin formalaşmasında və sağlamlığında olduqca təsirlidir.
Yaşıl mərcimək B vitaminlərinin qaynaqlarından biridir. B vitaminləri sayəsində sinir sisteminin sağlamlığı qorunur. Hormonların daha sağlam işləməsinə də kömək edir.
Qida dəyəri baxımından dəri və saç sağlamlığının qorunmasında təsirlidir. Dəri qıcıqlanmalarını və yaralarını qısa müddətdə sağaldır. Saçlarınızı daha sağlam və canlı edir.
Yaşıl mərciməyin dəri üçün faydaları tərkibində A, B vitaminləri və dəmirin olması ilə bağlıdır.