Zoğal çox güclü antioksidant anbarıdır. Avropa və Asiyada, xüsusən də Şimal yarımkürəsində böyüyən zoğal faydaları ilə heyrətləndirir.
Bu meyvə sidik yollarının infeksiyasını azaldır. Gündə 240 ml zoğal suyu içən qadınlarda sidik yollarının infeksiyası riski azalır.
Antibakterial və sidikqovucu olması tibbi olaraq qiymətləndirilir.
Zoğal həm də vitaminlər anbarıdır.
Foodinfo.az zoğalın faydalarını təqdim edir:
Qan şəkərini aşağı salır.
Ağız və diş xəstəliklərinə qarşı faydalıdır.
Tərkibindəki antioksidant sayəsində orqanizmi bakteriyalardan qoruyur.
Sidik kisəsinin yığılmasının qarşısını alır.
İştahsızlığa təsirlidir.
Diareyanı aradan qaldırır.
Böyrək iltihabının qarşısını alır.
Revmatizmi sağaldır.
Xoralara qarşı təsirlidir.
Aterosklerozun qarşısını alır.
Zoğal beyin hüceyrələrinin zədələnməsinin qarşısını alaraq insult riskini də azaldır.
Zoğal təzə meyvə kimi, həmçinin marmelad, meyvə suyu və ya qurudulmuş şəklində istehlak edilə bilər. Bundan əlavə, tortlara, donutlara, xəmirlərə və çörəklərə əlavə edilərək də istifadə edilə bilər. Zoğaldan məlhəm və ya toxumlarından kosmetik məhsullar da hazırlanır.